İsrail hərbçiləri fələstinli gənci namaz üstündə güllələdi - VURULMA ANI

Fələstinli iki gənc İsrail hərbçiləri tərəfindən güllələnib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə Qəzza zolağında etiraz aksiyaları davam edərkən baş verib.

Abdel Nabi adlı gənc avtomobil təkərini götürüb insan kütləsinə doğru qaçarkən vurulub. O, az sonra ölüb.

Digər gənc isə namaz qılarkən gülləyə tuş gəlib. Təcili yardımla xəstəxanaya çatdırılan gəncin həyatını xilas etmək mümkün olub.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı