ABŞ-dan Fətullah Gülən barədə yeni açıqlama: Onun qaytarılması...
Fətullah Gülən Türkiyəyə qaytarıla bilər.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumata görə, ABŞ Ədliyyə Nazirliyinin sözçüsü Nikol Navas Fətullah Gülən barədə son qərarın Türkiyə hökumətinin göndərəcəyi sübut və sənədlərdən sonra veriləcəyini bildirib.
2016-cı ildə rus səfiri Andrey Karlovun öldürülməsində FETÖ terror qruplaşmasını ittiham edən Türkiyə hökuməti Fətullah Gülən barədə həbs-qətimkan tədbiri seçmişdi. Fətullah Gülən həmçinin Türkiyədə dövlət çevrilişinə cəhddə də günahlandırılmış və dərhal ekstradisiyası barədə tələb irəli sürülmüşdü.
ABŞ-da da cinayət işi ilə bağlı tədqiqatların aparıldığını qeyd edən Nikol Navas Ankaradan təqdim olunan bütün sənəd və faktlara baxılacağını və Gülənin ekstradisiyası barədə qərarın ciddi araşdırmalardan sonra ABŞ qanunvericiliyinə əsasən veriləcəyini bildirib.