Bakı-Quba yolunun kənarındakı quru ağaclar kəsilir
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun Quba rayonu ərazisindən keçən hissəsində yol kənarında yerləşən quru ağaclar kəsilir.
APA TV-nin şimal bürosunun məlumatına görə, magistralın kənarlarında yerləşən qurumuş ağaclar ETSN-in müvafiq rəyi əsasında kəsilir və yaxud budama işləri aparılır.
Prosesə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən icazə verilib. Onların əməkdaşlarının iştirakı ilə hazırda yol kənarında bir həftə ərzində işlər aparılır. Ağaclar nişanlanır və kəsilir. 10 ağac kəsilib, 15 budanıb.
Proses davam etdirilir. Kəsilən ağaclar qışda yandırılması üçün məktəblərə verilir.