Putin Ankaraya gəldi - QARŞILANMA
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri başlayıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğan həmkarını Ankaradakı prezident sarayında rəsmi mərasimlə qarşılayıb.
Bu, Vladimir Putinin sonuncu prezident seçkilərində qalibiyyətindən sonra ölkə xaricinə ilk səfəridir.
Bu gün Ankarada Türkiyə-Rusiya Strateji Əməkdaşlıq Şurasının IV iclası keçiriləcək. İclasda iki ölkə arasında əlaqələrin inkişafı diqqət mərkəzində olacaq, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.
Prezidentlərin iştirakı ilə Akkuyu Atom Elektrik Stansiyasının (AES) 1-ci blokunun təməlqoyma mərasimi də keçiriləcək.
Aprelin 4-də isə Türkiyə, Rusiya və İran prezidentlərinin iştirakı ilə Suriya problemi ilə əlaqədar üçtərəfli zirvə görüşü başlayacaq.