35 yaşlı kişi çimməyə girdiyi hamamda boğuldu - DƏM QAZINDAN

Lənkəran sakini dəm qazından zəhərlənərək dünyasını dəyişib. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Göyşaban kəndində qeydə alınıb. 35 yaşlı İlkin Bayramov həmin kənddə müvəqqəti yaşadığı evdə dəm qazından zəhərlənərək həyatını itirib.

Məlumata görə, İ.Bayramov işdən gəldikdən sonra qonşusu ilə söhbətləşib. Daha sonra hamama girəcəyi adı ilə onlardan ayrılıb. Ondan bir müddət xəbər tuta bilməyən qonşuları pəncərəni sındırmaqla evə daxil olub və İlkinin cansız bədənini hamamın döşəməsində aşkar ediblər.

Baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Mərhumun meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib.

Qonşuların bildirdiyinə görə, həmin evin hamamında tüstü bacası mövcud deyilmiş və qazla işləyən su qızdırıcısından istifadə olunurmuş.

Müəllif | Apa.Tv
Apa.tv