Böyük Şor şossesindəki tikinti sahəsində avtoqəza - MAŞIN BETONA ÇIRPILDI
Bakının Sabunçu rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə Böyük Şor şossesində qeydə alınıb.
Heydər Əliyev prospektindən hava limanı istiqamətində yüksək sürətlə hərəkət edən "Mercedes" markalı minik maşını Sabunçu dairəsi yaxınlığında yeni yol qovşağının tikintisi ilə əlaqədar düzülmüş beton maneələrə çırpılıb. Sürücünün maneələri vaxtında görə bilməməsi səbəbindən avtomobil ciddi deformasiyaya uğrayıb, xəsarət alan sürücü özü isə təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Avtoqəzanın təfərrüatlarını Sabunçu polisi araşdırır.