Türkiyə və Rusiya "S-400"-lərin tədarük qiymətini və vaxtını dəqiqləşdirdi
Moskva və Ankara “S-400” zenit-raket komplekslərin tədarük qiymətinə dair razılığa gəlib. APA TV-nin xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra bildirib.
V.Putin bildirib ki, tərəflər hərbi-texniki sahədə Rusiya-Türkiyə əməkdaşlığının vəziyyətini, xüsusən də “S-400” zenit-raket komplekslərinin Türkiyəyə tədarükü layihəsinin reallaşdırılmasını müzakirə edib.
“Biz icraatı sürətləndirdik və qiymətlərlə bağlı razılığa gəldik, bu çox vacibdir”, - deyə Putin qeyd edib.
O qeyd edib ki, “S-400”-lərin tədarükünü sürətləndirmək qərarı türkiyəli həmkarlarımızın xahişi əsasında verilib. Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin məsləhətçisi İsmayıl Dəmirin sözlərinə görə, Rusiya tərəfi zenit-raket komplekslərin 2019-cu ilin iyul ayınadək çatdırılacağına dair vəd verib.