Neft bazarında stabilləşmə - GÖZLƏR ABŞ-A DİKİLDİ
Neft bazarında qiymətlərdə stabillik yaranır.
APA TV-nin məlumatına görə, OPEC ölkələrinin neft istehsalı mart ayında son bir ilin ən aşağı səviyyəsinə düşüb.
OPEC-in hasilatı məhdudlaşdırmaq siyasətinə əsas təhdid ABŞ-da istehsalın artmasıdır. Ölkədə bu gün ehtiyatların həcmi barədə rəsmi hesabat açıqlanacaq. Özəl sektorun açıqlamasında ehtiyatların azaldığı qeyd olunur. Bu baş verərsə qiymətlərə müsbət təsir edəcək.
Sutka ərzində "Brent" markalı neft bahalaşmadan sonra 67,89 dollara enib. Bu qiymət ötən gün səhər saatlarında qeydə alınan qiymətlərdən yüksəkdir. Qərbi Texas nefti də 20-30 sent bahalaşıb. WTI markası hazırda 63,30 dollardan təklif olunur.
Azərbaycan nefti isə ucuzlaşmaqda davam edir. "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 17 sent ucuzlaşaraq 69,86 dollar təşkil edib.