Tramp: "Boş yerə 7 trilyon dollar xərclədik, Suriyadan çıxmaq vaxtıdır"

ABŞ prezidenti Donald Tramp amerikalı hərbçilərin Suriyadan çıxmaq vaxtının çatdığını deyib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu o,Estoniya, Litva və Latviyadan ibarət Baltik ölkələri liderləri ilə ortaq mətbuat konfransında bildirib: "Suriyadan çıxmaq zamanıdır. Hərbçilərimizi evlərinə geri gətirmək, xalqımızı yenidən formalaşdırmaq istəyirəm. Yaxın Şərqdə son 7 ildə 7 trilyon dollar xərclədik, qarşılığında heç bir şey qazanmadıq".

 

Tramp ABŞ-Meksika sərhədində divar inşaatı tamamlanana qədər, qaçaq giriş-çıxışlar və narkotik qaçaqmalçılığını önləmək üçün sərhəd təhlükəsizliyini ordunun təmin edəcəyini də əlavə edib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı