ABŞ generalı: "Suriyadan çıxmağımızı istəməyən dövlətlər, xərclərimizi qarşılamalıdır"
Pentaqondan Suriyada - əsasən Menbiçdə yeni hərbi əməliyyatların nəzərdən keçirildiyi açıqlanıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə ilə ABŞ-ın ortaq marağında olan Menbiçə Pentagon yeni hərbi qüvvələr də təxliyə etməyi planlaşdırır.
ABŞ-nın ordu generalı Cozef Votel isə Donald Trampın Suriyadan ABŞ hərbi kontingentinin çıxacağı barədə açıqlamasına münasibət bildirib: "Bəlkə də Suriyadakı əməliyyatlarımızı dayandırmağın vaxtıdır, ancaq PYD/YPG bölgədəki ən əsas tərəfdaşımızdır. Hazırda Suriyada yeni əməliyyatlar barədə planlara artıq baxılır". O, həmçinin bölgədə İŞİD-lə mübarizənin də bitmədiyini diqqətə çatdırıb.
General əlavə edib ki, əgər Səudiyyə Ərəbistanı və digər maraqlı dövlətlər ABŞ-ın Suriyanı tərk etməyini istəmirsə, bunun xərcini qarşılamalıdırlar.