Şirvanda iki uşaq anası özünü Kür çayına atdı - XİLAS EDİLDİ

Bu gün saat 08.30 radələrində Şirvan şəhərində Kür çayının üzərindən keçən körpüdən bir nəfər qadın özünü çaya atıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, bunu görən yol təsərrüfatının əməkdaşı, 1970-ci il təvəllüdlü Hüseynov İlham Əlibəy oğlu özünü çaya ataraq batan qızı xilas edib.

 

Sahilə qayıdacağına ümid etməyən xilaskar qızı çayın ortasındakı torpaq sahəsinə çıxarıb. Kənd sakinləri 1990-cı il təvəllüdlü, iki uşaq anası Aygün İbrahim qızı Hacıyevanı və İlham Hüseynovu təkər kameri ilə oradan çıxararaq təcili yardımla Şirvan şəhər xəstəxanasına çatdırıblar. Hər iki şəxs reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onların vəziyyəti orta stabildir.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı