Ərdoğan Ruhani ilə görüşdü - PUTİN DƏ ANKARADADIR

Ankarada Türkiyə və İran prezidentlərinin görüşü başlayıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Rəcəb Tayyib Ərdoğanla Həsən Ruhaninin görüşü prezident sarayında baş tutub.

 

İran prezidenti dünən axşam saatlarında Türkiyə paytaxtına gəlib.

 

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin də Ankaradadır. Aprelin 3-də Rusiya və Türkiyə prezidentlərinin görüşü, həmçinin iki ölkə arasında Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası keçirilib.

 

Bu gün isə Türkiyə, Rusiya və İran prezidentlərinin iştirakı ilə Suriya məsələsi ilə əlaqədar üçtərəfli zirvə görüşü keçiriləcək.

Müəllif | Apa.Tv
Elvin Bayramlı