Dəyişkən hava şəraiti davam edir: TEMPERATUR YÜKSƏLİR

Bakıda və Abşeron yarımadasında aprelin 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.  Mülayim cənub küləyi  əsəcək.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 10-14 dərəcə,  Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında aprelin 5-də hava şəraitinin  əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, səhər şərq rayonlarında çiskin olacaq.  Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd