Əlindəki çantadan 5 kq narkotik çıxdı
Paytaxtda narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Anar Əkbərov narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün saxlanılaraq polis şöbəsinə gətirilib.
Şöbədə onun əlindəki çantaya baxış zamanı külli narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
25-ci Polis Şöbəsinin təhqiqatçısı Üzeyir Həsənzadə bildirib ki, Anar Əkbərovdan aşkar olunana narkotik vasitənin ümumi çəkisi 5 kiloqram 150 qram olub.”
Faktla bağlı cinayət işi başlanılıb. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.