Çempionlar Liqası: “Galatasaray” “Çelsi” ilə qarşılaşacaq

İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatması keçirilib. APA TV-nin məlumatına görə, püşkatma nəticəsində növbəti mərhələdə bir-biri ilə qarşılacaq komandalar məlum olub. Türkiyənin “Galatasaray” klubu Çempionlar Liqasında yoluna davam etmək üçün “Çelsi” səddini keçməlidir. Madridin “Real” klubunun və “Mançester Yunayted”in bəxti gətirib. İspanlar formada olmayan “Şalke”, ingilislər isə 16 komanda sırasında ən zəifi sayılan Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşacaqlar. Çempionlar Liqasının əvəzedilməzlərindən olan “Milan” isə bu mərhələdə “Atletiko”nu sınağa çəkəcək. Erkən final kimi dəyərləndiriləcək oyunlardan biri “Arsenal” və “Bavariya” arasında keçiriləcək. “Bayer” – PSJ və “Zenit”-“Borussiya Dortmund” oyunları da kifayət qədər maraq doğurur. Sözsüz ki, turun ən maraqlı oyunu “Manşester Siti” və “Barselona” arasında keçiriləcək. İlk oyunlar 18-19 və 25-26 fevralda, cavab oyunları isə 11-12 və 18-19 martda keçiriləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv