Moskvada "Uşaqlar üçün Persey" ticarət mərkəzi yanır - HADİSƏ YERİNDƏN
Rusiya paytaxtında yanğın baş verib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Moskvada "Uşaqlar üçün Persey" adlı alış-veriş mərkəzində yanğın hadisəsi qeydə alınıb.
Yanğın nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə yanğınsöndürən və xilasedicilər cəlb edilib, 700 nəfər təxliyə edilib.