Türkiyə, Rusiya və İran Suriya böhranına dair Bəyanat imzalayıb

Türkiyə, Rusiya və İran prezidentlərinin iştirak etdiyi Ankara görüşü başa çatıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani Suriya məsələsini müzakirə edib.

 

Türkiyə, Rusiya və İran prezidentləri Suriyada sülhə nail olunması istiqamətində əməkdaşlığın davam etdirilməsinə dair Bəyanat imzalayıblar.

 

Suriya məsələsinin prezidentlərin işgüzar ziyafət zamanı da müzakirə olunacağı deyilir.
 

Qeyd edək ki, Suriya məsələsinin müzakirə olunduğu üçlü zirvə bundan öncə Rusiyanın Soçi şəhərində keçirilib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı