Yük maşını avtobusla toqquşub: 20 nəfər ölüb - MİSİRDƏ

Misirdə dəhşətli yol qəzası qeydə alınıb. APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, hadisə zamanı yük maşını mikroavtobusla toqquşub.

Paytaxt Qahirədən cənubda avtomagistralda baş vermiş avtoqəza nəticəsində 20 nəfər dünyasını dəyişib. İlkin ehtimala görə, qəzaya hər iki sürücü tərəfindən sürət həddinin pozulması səbəb olub.

Məlumata görə, avtomobillərin toqquşduğu avtomagistral yol Misirin Sohaq və Asyut cənub şəhərlərini birləşdirir və bu yol səhradan keçir.

Müəllif | Apa.Tv
Apa.tv