Azərbaycan "Skripal işi"nin araşdırılmasında Rusiyaya dəstək oldu
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) İcraiyyə Şurası rəsmi Moskvanın İngiltərənin Solsberi şəhərində baş vermiş insidentlə bağlı təklifini qəbul etməyib.
APA TV-nin BBC-yə istinadən verdiyi xəbərə görə, Hollandiyanın Lahey şəhərində baş tutan səsvermədə təşkilata üzv olan ölkələrdən 15-i plana qarşı çıxdığı halda, 6 ölkə dəstək nümayiş etdirib. Digər 17 ölkə isə bu təşəbbüsə bitərəf yanaşıb.
Rusiyaya dəstək nümayiş etdirən ölkələr isə Çin, Azərbaycan, İran, Sudan və Əlcəzair olub.
Qeyd edək ki, Rusiya rəsmiləri "Skripal məsələsi" ilə bağlı İngiltərədə aparılan araşdırmanın birgə aparılmasını təklif edib. Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Aleksandr Şulginin sözlərinə görə, ingilislər tərəfindən aparılan araşdırmada şəffaflıq qorunmur və qərəz nümayiş etdirilir.