İŞİD Kərkükə hücum etdi - TERRORÇULARA AĞIR ZƏRBƏ
İraqın Kərkük vilayətində İŞİD terrorçuları ilə döyüş olub. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, insident Rəşad qəsəbəsi yaxınlığındakı Değmat kəndi ərazisində baş verib.
Terrorçular kəndə soxulmaq istəyib. Bölgədəki "Haşdi-Şabi" qüvvələri ilə atışma nəticəsində 5 İŞİD üzvü məhv edilib.
Xatırladaq ki, son bir ayda İŞİD Kərkük ətrafındakı kəndlərə dəfələrlə basqın edib. Basqınların birində onlar bir ailənin 5 üzvünü edam edib.
Kərkük polisi bu müddət ərzində 82 terrorçunun zərərsizləşdirdiyi barədə məlumat yayıb.