Azərbaycanla və İtalya arasında hansı sənəd imzalanacaq?
"Azərbaycan və İtalya arasında strateji partnyoruq haqqında sənədin imzalanması gözlənilir".
APA TV-nin bu barədə Azərbaycan energetika naziri Natiq Əliyev deyib. Onun sözlərinə görə, bu yüksək səviyyəli sənədin üzərində hər iki tərəfin Xarici İşlər nazirlikləri işləyir: "Bütün nazirliklər bununla əlaqədar olaraq öz fəaliyyətlərini davam etdirəcək. Bu gün İtalya-Azərbaycan əlaqələri elə bir yüksək səviyyədədir ki, belə bir sənəd imzalaya bilərik".
Nazir, həmçinin Avropa Yenidənqurma və inkişaf bankının dəstəyi ilə Gürcüstanda tikilən yarımstansiya barədə danışaraq, bunun Qara dəniz ətrafı ölkələrinin elektrik enerjisi xətləri ilə birləşdirilməsində böyük amil olduğunu deyib: "Bu bizə, Gürcüstana və Türkiyəyə imkan verəcək ki, paralel rejimdə işləyək. Bizi Gürcüstanla bağlayan iki yüksək gərginlikli xəttimiz var. Ancaq bu stansiyanın tikilməsi ilə daha böyük həcmdə köçürə bilərik. Lazım olsa, bu imkan verəcək ki, biz Türkiyəyə də elektrik enerjisinin satışı ilə məşğul olaq".
Azərbaycan -İtalya hökumətlərarası komissiyanın iclası keçirilib. Azərbaycanın energetika naziri, komissiyanın həmsədri Natiq Əliyev son illər İtaliyanın Azərbaycana marağının artdığını deyib. Komissiyanın qarşı tərəfdən olan həmsədri, İtaliyanın xarici işlər nazirinin müavini xanım Marta Dassu bildirib ki, İtaliya Azərbaycanla maliyyə əməkdaşlığını inkişaf etdirmək niyyətindədir. Tədbirin sonunda Azərbaycan-İtaliya hökumətlərarası komissiyasının iclasının protokolu imzalanıb.