ABŞ-da hərbi helikopter, Cənubi Koreyada qırıcı təyyarə qəzaya uğradı

ABŞ-ın Kaliforniya ştatında hərbi helikopter qəzaya uğrayıb.

 

APA TV-nin "Associated Press"ə istinadən məlumatına görə, insident nəticəsində helikopterin göyərtəsində olan 4 dəniz piyadaçısı ölüb.

 

"CH-53E Super Stallion" helikopteri ABŞ-Meksika sərhədi yaxınlığında qəzaya düşüb. Qəzanın səbəbləri araşdırılır.

 

Cənubi Koreyada isə hərbi təyyarə qəzası baş verib. Çilqok bölgəsindəki hadisə zamanı "F-15K" tipli təyyarə dağa çırpılıb.

Təyyarə pilotlarının taleyindən hələlik xəbər yoxdur.

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov