Sabah Azərbaycanda 2018-ci ilin ən yüksək temperaturu müşahidə ediləcək

Bakıda və Abşeron yarımadasında aprelin 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 10-15 dərəcə, Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında aprelin 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv