Yunan nazir Türkiyəni hədələdi: "Sərhədə 7 min əsgər yığmışıq, cəsarətləri varsa..."
"Türkiyə sərhədinə və adalara 7 min əsgər göndərmişik. Cəsarətləri varsa, bir qarış torpağımıza göz diksinlər. Yunanlar bir olub onları əzər". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözlər Yunanıstanının müdafiə naziri Panos Komennosa aiddir.
Yunan nazir iddia edib ki, Türkiyə onları təxribata çəkir və səslənən hədələr onları qorxutmayacaq, əksinə gücləndirəcək.
Panos Komannos Türkiyədə saxlanan iki yunan hərbçisinin azad olunmasını sərt dillə tələb edib.
Yunanıstan xarici işlər nazirinin müavini Yorgos Katrouqlaos isə Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Yunanıstana qaçan 8 türk hərbçisinə sığınacaq verilməsinin Cenevrə konvensiyasına uyğun olmadığını deyib.
Bu arada Afinada Türkiyə səfirliyinin binası 10 nəfərlik qrupun hücumuna məruz qalıb. Binaya içərisində qırmızı boya dolu şüşə qablar atılıb. Nəticədə binanın pəncərələri sınıb.