Toydan çıxan GƏNCİ MAŞIN VURDU

Zaqatalada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Zaqatala rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə Zaqatala şəhərində fəaliyyət göstərən şadlıq evlərindən birinin qarşısında qeydə alınıb. Zaqatala rayonu Çobankol kənd sakini, 21 yaşlı Eyvaz Bədəlov idarə etdiyi “VAZ 2103” markalı avtomobillə şadlıq evindəki toy mərasimindən çıxıb evə getmək istəyən Zaqatala rayonu Faldar kənd sakini, 23 yaşlı İsrail Səfərovu vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan İsrail Səfərov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Zaqatala MRX-nın həkim travmatoloqu Müşviq Məmmədov deyib ki, xəstəyə qapalı kəllə-beyin travması, beyin silkələnməsi, sol qamış sümüyünün qəlpəli sınığı, sağ topuq sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub. Xəstəyə ilkin tibbi yardım göstərilib. Hal-hazırda xəstənin müayinə və müalicəsi davam edir.

İsrail Səfərovun vəziyyəti orta-ağır hesab edilir. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlayıb araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv