Oğuzda qayadan yıxılan meşəbəyi öldü

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.

 

APA TV-nin  məlumatına görə, hadisə  bu gün səhər saatlarında Oğuz rayonunun Muxas kəndində yerləşən yüksək dağlıq-meşəlik ərazidə baş verib.

 

İlkin məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Oğuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşə gözətçisi, rayonun Muxas kənd sakini, 1962-ci il təvəllüdlü Məhərrəmov Tahir Seyfəddin oğlu qayadan dərəyə yıxılaraq aldığı ağır qapalı kəllə-beyin travmasından hadisə yerində ölüb. Mərhumun cəsədi kənd sakinlərinin və müvafiq qurumların əməkdaşlarının iştirakı ilə dərədən çıxarılaraq müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov