İstanbulda xəstəxana yandı, xəstələr təcili köçürüldü - ZƏHƏRLƏNƏNLƏR VAR

Türkiyənin İstanbul şəhərində xəstəxanada yanğın baş verib.

APA TV-nin NTV-yə istinadən verdiyi məlumata görə, yanğın Taksim Elmi Tədqiqat Xəstəxanasının damında yaranıb.

Güclü yanğın daha sonra binanın mərtəbələrinə keçib. Xəstəxanadakı xəstələr və tibbi personal təcili təxliyyə edilib. Onlar başqa xəstəxanalara köçürülüb. Ətrafdakı binalar da boşaldılıb.

Hadisə yerinə xeyli sayda yanğınsöndürmə briqadaları cəlb olunub, yanğının qarşısı alınıb.

Yanğının başvermə səbəbləri və hadisə nəticəsində zərərçəkənlərin olub-olmadığı barədə dəqiq məlumat verilməsə də, xəstələr arasında tüstüdən zəhərlənənlərin olduğu deyilir.

Müəllif | Apa.Tv
Apa.tv