Universitet müəllimi həmkarlarını güllələdi: ölənlər var - FETÖ QALMAQALINA GÖRƏ

Türkiyədə universitetdə silahlı insident baş verib. APA TV-nin "Haberler.com"a istinadən verdiyi xəbərə görə, hadisə universitetin təhsil fakültəsində baş verib.

Eskişehir Osmanqazi Universitetində baş vermiş insident zamanı müəllimlərdən biri həmkarlarına atəş açıb. Nəticədə 4 təhsil işçisi dünyasını dəyişib, daha 3 nəfər isə yaralanıb.

Hadisə yerindən qaçmaq istəyən Volkan adlı cinayətkar universitetin təhlükəsizlik xidmətinin işçiləri tərəfindən saxlanılaraq polisə təhvil verilib.

Onun daha əvvəl sözügüdən təhsil ocağında çalışdığı, FETÖ üzvü olduğuna görə universitetdən xaric edildiyi deyilir.

Müəllif | Apa.Tv
Apa.tv