Trampın qərarı nefti ucuzlaşdırdı
ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan məhsullara əlavə 100 milyard dollarlıq gömrük vergisi tətbiqini araşdırmaq təlimatı verib.
APA TV-nin məlumatına görə, Çin isə bu addımlara cavab olaraq ABŞ-dan idxal etdiyi kənd təsərrüfatı, neft-kimya məhsullarına vergi qoymaqla cavab verməyə çalışıb.
Trampın son təlimatı ABŞ və Çin rəsmiləri arasında yaranan gərginliyin müzakirəyə çıxarılacağı barədə açıqlamadan bir gün sonra verilib.
İki supergüc arasında baş verən "ticarət müharibəsi" dünya iqtisadiyyatının böyüməsinin qarşısını alır. Bu isə neftə tələbatın artmasını ləngidir.
ABŞ-dan gələn qərar xam neftin qiymətlərinə mənfi təsir edib. "Brent" markalı neft sutka ərzində ucuzlaşaraq 67,82 dollardan satılır. Qərbi Texas nefti də dəyər itirib. WTI markası hazırda 63 dollardan təklif olunur.
ABŞ-da çərşənbə günü açıqlanan hesabata görə, xam neft ehtiyatları yanvar ayından bu yana ən kəskin azalmanı yaşayıb. Digər tərəfdən ölkədə ixracat rekord səviyyəyə çatıb. Bazara çıxarılan neftin həcmi artdıqca qiymətlər ucuzlaşır.