PYD/YPG tərəfdarları Strasburqda Avropa Konsulluğunun binasına hücum etdi

PYD/YPG tərəfdarları Strasburqda Avropa Konsulluğunun binasına daxil olmağa cəhd edib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, 30 təhlükəsizlik əməkdaşının qoruduğu binaya basqın edən qrup binaya xeyli ziyan vurub.

 

Müdafiə baryerlərini aşaraq binaya daxil olan  PYD/YPG tərəfdarları Abdullah Öcalanın azad olunmasını tələb edib. Onlar həmçinin binanın divarlarına  plakatlar da asmağa müvəffəq olub.

 

Binanın şüşələrini qırmağa başlayan kütlə polisin müdaxiləsindən sonra ərazidən uzaqlaşdırılıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı