10 rusiyalı oliqarx ABŞ-ın hədəfində - SANKSİYALAR QOYULACAQ

"Rəsmi Vaşinqton ABŞ-dakı prezident seçkilərinə müdaxilədə ittiham etdiyi Rusiyaya qarşı yeni sanksiyaları bu həftə elan edəcək"

 

APA TV-nin "Bloomberg"ə istinadən məlumatına görə, məhdudiyyətlərin ABŞ Maliyyə Nazirliyinin siyahısına daxil olan iş adamları başda olmaqla, ümumilikdə ona yaxın rus oliqarxı hədəfə alacağı gözlənilir.

 

Qeyd edək ki, Ağ Evdə yeni sanksiya paketinin hazırlandığı daha əvvəl bildirilsə də, siyahıya hansı sayda iş adamının daxil olacağı məlum deyildi.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd