Keçmiş qadın prezidentə 24 il həbs cəzası verildi

Cənubi Koreyanın sabiq prezidenti Pak Kın Heyə hökm oxunub.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, məhkəmə sabiq prezidenti dövlət sirrinin yayılması, hədə-qorxu ilə pul tələb etmə, rüşvət və qulluq mövqeyindən sui-istifadədə təqsirli bilib.

 

Ümumilikdə 18 epizod üzrə günahı isbatlanan sabiq prezident məhkəmənin qərarı ilə 24 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Pak Kın Henin ətrafındakı olaylar 2016-cı ilin oktyabrından cərəyan etməyə başlayıb. Nəticədə korrupsiya və bir sıra dövləti cinayətlərdə ittiham olunan Pak Kın He impiçment nəticəsində hakimiyyətdən uzaqlaşdırılaraq həbs olunub.

Müəllif | Apa.Tv
Elvin Bayramlı