Keçmiş ARVADINA 12 BIÇAQ ZƏRBƏSİ VURDU
Gəncədə sərxoş gənc naməlum şəraitdə bıçaqlanıb. Şəhər sakini, Hafiz Rəhimov qarın nahiyəsinin 3 yerindən kəsilmiş deşilmiş yara diaqnozu ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Dərhal əməliyyat edilən gəncin vəziyyəti orta ağır qiymətləndirilir. Polis İdarəsindən bildirilib ki, Hafiz Rəhimov sərxoş olduğundan onu hələlik dindirmək mümkün olmayıb.
Gəncədə daha bir bıçaqlanma hadisəsi də qeydə alınıb. Gəncə şəhər Prokurorluğundan APA TV-nın qərb bürosuna verilən məlumata görə, Atatürk prospektində Qazax rayon sakini 35 yaşlı Rza Nadirov keçmiş həyat yoldaşı, 39 yaşlı İradə Məmmədovaya 12 bıçaq zərbəsi endirib. Qadın ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.
İki uşaq anası olan İradə Məmmədova və Rza Nadirov Qazax rayonunda yaşayıblar. Qadın ərindən ayrıldıqdan sonra övladları ilə Gəncəyə gəlib. Rza Nadirov isə keçmiş həyat yoldaşı ilə barışmaq istəsə də, təklifinə müsbət cavab almayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.