Qətər suyun ortasında qalacaq - SƏUDİYYƏDƏN ÇILĞIN QƏRAR
Səudiyyə Ərəbistanı uzun müddətdir böhran yaşadığı Qətərin quru ilə əlaqəsini kəsəcək.
APA TV-nin məlumatına görə, Səudiyyə mediası iki ölkənin sərhədi boyu yeni bir kanal qazılaraq Qətərin Ərəbistan yarımadasından tamamilə ayrılacağını yazıb.
Səudiyyə Kral ailəsi tərəfindən Qətərə təzyiqlər davam edir. Yeni planı daha çılğın addım kimi dəyərləndirmək olar. Qətərin quru ilə əlaqəsinin kəsilməsi layihəsi artıq hazırdır.
Bir il içində həyata keçirilməsi gözlənilən layihənin detalları bəlli olub. Kanal 60 km uzunluğunda, 200 metr genişliyində, 20 metr dərinliyində olacaq.
Qeyd edək ki, Qətər yarımada ölkədir və yeganə quru sərhədi Səudiyyə Ərəbistanı ilədir.