İngilislər Bəhreyndə hərbi dəniz bazası açdı - ŞAHZADƏLƏR XEYİR-DUA VERDİ

İngiltərə Yaxın Şərqdəki ilk hərbi dəniz bazasını açılışını edib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Birləşmiş Krallığın Yaxın Şərqdə qurulan ilk hərbi bazası Bəhreyndə fəaliyyətə başlayıb və 1971-ci ildən sonra bölgədəki ilk ingilis bazası olacaq.

 

Bəhreynin şərqində Salman limanında qurulan hərbi bazanın açılışında Bəhreyn krallığının vəliəhdi Salman ibn Həmid və İngiltərə şahzadəsi York Endryu iştirak edib. Şahzadə Endryu yeni bazanın bölgədəki missiyalar üçün çox böyük əhəmiyyətə malik olduğunu və hər iki ölkənin milli maraqlarına xidmət edəcəyini bildirib.

 

Qeyd edək ki, bölgədə İngiltərənin yeni hərbi qüvvələri ilə yanaşı Amerika donanmasına aid 5 hərbi gəmi də mövcuddur.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov