Göygöl rayonunda təhlükəli mərmilər tapıldı

Göygöl rayonu ərazisində təhlükəli mina aşkarlanıb.

APA TV-nin verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə də məlumat daxil olub və Göygöl rayonu, Quşqara kəndi ərazisində 3 ədəd mərminin tapıldığı bildirilib.

ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə çay dərəsinə baxış keçirilib, aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 3 ədəd partlamamış hərbi sursat - 1 ədəd 120 mm-lik top mərmisi və 2 ədəd 120 mm-lik minaatan mərmisi, 1 ədəd boş giliz və 1 ədəd partlamış mərmi qalığı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Müəllif | Apa.Tv
Apa.tv