Qəzza zolağında son toqquşmalarda 9 fələstinli ölüb - 1000-DƏN ÇOX YARALI VAR

Qəzza zolağının sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda 9 fələstinli ölüb, 1000-dən çox adam isə müxtəlif dərəcəli xəsarət alıb.

APA TV-nin “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

Onun sözlərinə görə, ölənlərdən biri uşaqdır. Martın 30-dan bu günə qədər isə Qəzza zolağının sərhədində ölən fələstinlilərin sayı 30-a çatıb, 2 500-dən çoxu yaralanıb. İsrail hökuməti bölgədə vəziyyətin gərginləşməsində “HƏMAS”ı günahlandırıb.

Qeyd edək ki, keçən həftənin cümə günü fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşü"nə başlayıb. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan edib.

Müəllif | Apa.Tv
Apa.tv