Dəməşqdə partlayış törədildi, şəhər raket atəşinə tutuldu - ÖLÜ SAYI ÇOXDUR
Suriyanın paytaxtı Dəməşqdə partlayış baş verib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, paytaxtın Barza rayonunda məscid yaxınlığında minalanmış avtomobil partladılıb.
1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Terror aktından sonra "Ceyş əl-İslam" qruplaşmasının silahlıları paytaxt Dəməşq yaxınlığını raket atəşinə tutub.
Nəticədə 4 nəfər ölüb, 22 nəfər yaralanıb.
Bundan əvvəl yaşayış məhəllələrinə düşən mərmilər 2 nəfərin həyatına son qoyub, 15 nəfər yaralanıb.