İŞİD-in Əfqanıstandakı lideri məhv edildi
Əfqanıstanda İŞİD terror qruplaşmasının bu ölkədəki liderlərindən biri Kari Nemətulla məhv edilib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Əfqanıstan güc strukturlarından bildirilib.
Terrorçu ölkənin şimal-qərbində yerləşən Cuzcan əyalətində, hava zərbəsi nəticəsində öldürülüb.
Qeyd edək ki, bir il əvvəl Əfqanıstanda İŞİD terror qruplaşmasının bu ölkədəki lideri Abdul Xasib məhv edilib.