ABŞ sanksiyalarından sonra rusiyalı oliqarxların itirdiyi məbləğ - BİR NEÇƏ SAAT ƏRZİNDƏ

"Forbes" rusiyalı oliqarxların ABŞ-ın 6 aprel sanksiyalarından sonra bir neçə saat ərzində itirdikləri məbləği açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ən çox itkiyə milyarder Oleq Deripaska məruz qalıb. Onun zərəri 1 milyard dollardır. Bu xəbərdən sonra O. Deripaskanın sahibi olduğu "Bazovıy element" şirkətlər qrupunun səhmləri 20 faiz aşağı düşüb.

 

Digərlərinin itkilərinə gəlincə, "Nafta Moskva" qrupunun sahibi Süleyman Kərimov 265 milyon, "Renova" holdinqinin sahibi  Viktor Vekselberq 57 milyon, "Surqutneftqaz" şirkətinin həmtəsisçisi Vladimir Boqdanov isə 6 milyon dollar itirib. "Rusal" alüminium qrupu isə səhm dəyərinin azalması ilə 1,15 milyard vəsaitindən olub.

 

Qeyd edək ki, sanksiyalara məruz qalan rəsmi şəxslər arasında daxili işlər naziri Vladimir Kolokoltsev, "Rosqvardiya"nın komandanı Viktor Zolotov, habelə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin adları var.

Müəllif | Apa.Tv
Apa.tv