Şəmkirdə lal-kar kişi faciəli şəkildə öldü - QATARIN SİQNALINI EŞİTMƏYİB

Şəmkirdə 64 yaşlı kişini qatar vuraraq öldürüb.

 

APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düyərli kəndi ərazisindən keçən dəmir yol xəttində baş verib.

 

Kənd sakini, 1954-cü il təvəllüdlü Seyidməmməd Heydərov dəmir yol xəttinə yaxın hərəkət edərkən yük qatarı onu vurub. S. Heydərov hadisə yerində ölüb.

 

64 yaşlı kişi lal və kar olduğundan qatarın siqnalını eşitməyib.

 

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv