İrandan gətirdiyi 10 kq narkotiki satarkən yaxalandı - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı daha bir uğurlu əməliyyat tədbiri həyata keçirib. APA TV-nin xəbərinə görə, nazirliyin Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları 10 kiloqramdan çox müxtəlif tərkibli narkotiki qanunsuz dövriyədən çıxarıb. İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilən külli miqdarda narkotikin Bakıda satılacağı barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini, 55 yaşlı Rahib Niftəliyev 8 kq tiryək və 2 kq-dan çox həşişi Yasamal rayonu ərazisində satarkən cinayət başında yaxalanıb. Onun əlindəki idman çantasından ümumi çəkisi 10 kq-dan çox olan tiryək və həşiş aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs bildirib ki, bir neçə gün əvvəl İranda səfərdə olarkən Əli adlı şəxslə tanış olub. İran vətədaşı Əli Rahib Niftəliyevə narkotik alveri etmək təklifini verib. Tərəflər arasında razılıq əldə olunduqdan sonra Rahib Niftəliyev ölkəmizə qayıdaraq Əlidən zəng gözləyib. Nəhayət Əli Rahibə zəng vurub və narkotik maddələrin Cəlilabat-Astara yolunun kənarında gizlədiyini bildirib.

Rahib Niftəliyev narkotik məddələrin gizlədiyildiyi yerdən götürərək satmaq üçün Bakı şəhərinə gətirib. O, əvvəlcədən tapdığı müştəriyə narkotiki 50 min dollara satıb.

Saxlanılan şəxs ifadəsində bildirib ki, narkotik satışından əldə olunan pulları elə həmin gün İrana apararaq, Əli adlı şəxsə verməli imiş. Pulun 12 min dolları isə özünə qalacaqmış. Faktla bağlı cinayət işi açılıb, istintaq narkotikin mənbəyini araşdırır. 

Müəllif | Apa.Tv
Apa.tv