Türkiyə və İranda zəlzələ oldu
İranın cənub bölgəsində 4,3 bal gücündə zəlzələ baş verib.
APA TV-nin məlumatına görə, yeraltı təkanların episentri Firuzabad şəhərindən 49 km cənub-qərbdə, ocağı isə 2 km dərinlikdə yerləşib.
Türkiyənin Van əyalətində də 3,6 bal gücündə zəlzələ qeydə alınıb.
Yeraltı təkanların episentri Özalp rayonunda, ocağı isə 5 km dərinlikdə yerləşib.
Eyni ərazidə 20 dəqiqə sonra 2,8 maqnitudalı ikinci təkan hiss edilib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.