Kanada hokkeyçilərini daşıyan avtobus qəzaya uğradı: 14 ÖLÜ
Kanadada gənc hokkeyçilərin olduğu avtobus qəzaya uğrayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, avtobus yük maşını ilə toqquşub.
Qəza nəticəsində 14 nəfər ölüb. Yaralılar var, üç nəfərin durumu kritikdir.
Kanada baş naziri Castin Trüdo ölən hokkeyçilərin yaxınlarına başsağlığı verib.
Hadisə ilə bağlı araşdırmalara başlanıb.