Menbiç danışıqları dayandı, ABŞ Türkiyə sərhədinə qoşun göndərdi - ANKARAYA SƏRT MESAJ
ABŞ Menbiçdə 2-ci hərbi bazasını qurub.
APA TV-nin "New York Times"a istinadən məlumatına görə, Pentaqon Menbiçdəki hərbi qüvvələrinin sayını 50 nəfərdən 2000 nəfərə qədər artırıb.
"Donald Trampın "Suriyadan çıxacağıq açıqlaması" Pentaqonun planları ilə ziddiyət təşkil edir" - deyə, qəzetdə qeyd edilir. Ağ Ev rəsmiləri bölgəyə göndərilən yeni qüvvələrin Türkiyə-Suriya sərhədində yerləşdiriləcəyini və bir növ Ankaraya hərbi əməliyyatları dayandırmaq vaxtının yetişdiyi barədə mesaj olduğunu bildirib.
Yeni hərbi qüvvələr Suriyada İŞİD məhv olunanadək bölgədə qalacaq. Həmçinin ABŞ ordusu burada PYD/YPG-nin arxasında yer alacaq və lazımı anda onlara dəstək olacaq.
Bu arada ABŞ-la Türkiyə arasında Menbiç danışıqları təxirə salınıb. Danışıqların təxirə salınmasına səbəb kimi ABŞ-nın yeni dövlət katibinin təyin olunması və vəzifəsinin icrasına başlaması göstərilir.