Özbəkistan hərbçiləri Qırğızıstan ərazisini atəşə tutdu - ÖLƏN VAR
Özbəkistan-Qırğızıstan sərhədində silahlı insident olub. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə nəticəsində bir Qırğızıstan vətəndaşı öldürülüb.
Özbək sərhədçilərin açdığı atəş nəticəsində ölən şəxs əvvəlcə sərhəd pozucusu kimi təqdim edilsə də, daha sonra onun Qırğızıstanın Mamay Cəlalabad vilayətinin Quruluş kənd sakini olduğu bildirilib.
34 yaşlı kişi Özbəkistan hərbçilərinin Qırğızıstan ərazisini atəşə tutması nəticəsində ölüb.
Qırğızıstan tərəfi hadisə bağlı araşdırmalara başlayıb. İnsidentin iki ölkə arasında gərginliyə səbəb olacağı istisna edilmir.