Vəliəhd: "Qadınlar idmanla məşğul olmalıdır, peyğəmbər Ayişə ilə yarışlar keçirirdi"

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman qadınların idmanla məşğul olmasına fikir bildirib.

 

APA TV-nin məlumatına görə, o, "Time" jurnalına müsahibə verib.
 

"Əgər kimsə qadınlar idman yarışlarında iştirak edə bilməz deyirsə, onlar bəzi məsələləri xatırlamalıdır. Məhəmməd peyğəmbər həyat yoldaşı Ayişə ilə yarışlar keçirirdi. Əgər qadınlar iş dünyasında təmsil oluna bilməzlər deyirlərsə, peyğəmbərin digər həyat yoldaşı Xədicəni xatırlasınlar".
 

Səudiyyə Ərəbistanında cinsi ayrıseçkiliyi azaltmaq məqsədilə bir çox işlər görən vəliəhd peyğəmbərin həyat yoldaşlarının cəmiyyətdəki qadınlara ən böyük örnək olduğunu vurğulayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv