Hacıqabulda ələ keçən oğrudan silah götürülüb

Hacıqabulda oğurluq hadisəsi baş verib.

 

APA TV-nin məlumatına görə, rayon sakini Zəkiyyə Əhmədova Polis Şöbəsinə müraciət edərək, evindən ümumi dəyəri 1925 manat olan  qaynaq aparatı, 90 metrlik elektrik kabeli və inşaat materiallarının oğurlandığını bildirib.

 

Əməliyyat tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq, habelə narkotik vasitələrin qanunsuz dövriyəsinə görə məhkum olunmuş 1978-ci il təvəllüdlü Vüqar Zeynalov saxlanılıb.

 

V. Zeynalovun evində aparılan axtarış zamanı sözü gedən əşyalarla birlikdə oradan  1 ədəd "Naqan" tipli tapança da götürülüb.

 

Rayon Polis Şöbəsində faktla bağlı araşdırma davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv