Ümumdünya Sağlamlıq Turizmi Təşkilatının prezidenti azərbaycanlı seçilib
Ümumdünya Sağlamlıq Turizmi Təşkilatının prezidenti azərbaycanlı seçilib.
APA TV-nin məlumatın görə, Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın sədri Ruslan Quliyev Ümumdünya Sağlamlıq Turizmi Təşkilatının (ÜSTT) prezidenti təyin edilib.
Antalyada keçirilən "Hestourex" (Səhiyyə, idman və alternativ turizm) sərgisi çərçivəsində beynəlxalq təşkilatın seçim toplantısı təşkil olunub. 22 ölkədən 48 nümayəndənin iştirak etdiyi tədbirdə səsvermə ilə təşkilatın altı vitse-prezidenti və prezidenti elan olunub.Səsvermə nəticəsində təşkilata rəhbərlik Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana keçib.
Toplantıda çıxış edən Ruslan Quliyev Azərbaycan sağlamlıq turizminin imkanları və gələcək perspektivlər barədə məlumat verib, təşkilatın platformasını elan edib.
Qeyd edək ki, 60 ölkənin, o cümlədən, Rusiya, Böyük Britaniya, Almaniya, Türkiyə, Hindistan kimi ölkələrin təmsil olunduğu beynəlxalq quruma Azərbaycan 2014-cü ildən üzvdür.