28 yaşlı gənc su kanalına düşərək boğuldu - CƏLİLABADDA

Cəlilabadda 28 yaşlı gəncin meyti aşkarlanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb.

Araşdırmalar zamanı məlum olub ki, meyiti tapılan şəxs 28 yaşlı Fariq Əliyevdir. Məlumata görə, mərhum kanalın üzərindəki bəndlə gedərkən ehtiyatsızlıqdan ayağı sürüşərək su kanalına yıxılıb. Burada köməksiz vəziyyətdə qalan gənc boğularaq dünyasını dəyişib.

Fariq Əliyevin meyiti sudan çıxarılaraq məhkəmə tibbi ekspertizasına təhvil verilib. Faktın təfərrüatlarını isə Cəlilabad prokurorluğu araşdırır.

Müəllif | Apa.Tv
Apa.tv